YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. YAP Nəsimi rayon təşkilatının  S.Rüstəm küç.31, Dilarə Əliyev 230, Azadlıq pros. 20 və Üzeyir Hacıbəyov 72 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

         Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub. 

         Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Sevinc Axundova  S. Rüstəm küç. 31 üzrə  ərazi partiya  təşkilatının sədri, Kəmalə Əliyeva sədr müavini, Mustafa Babanlı Azadlıq pros. 20  üzrə ərazi partiya təşkilatının sədri, Tamilla Naibova sədr müavini və Əvəz Qocayev Dilarə Əliyev 230 üzrə ərazi partiya təşkilatının sədri, Azər Nemətli sədr müavini  seçiliblər. 

         İclasların sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov  yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.