YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Noyabrın 26-da YAP Xətai rayon təşkilatı  Xudu Məmmədov  küçəsi 3 və Xudu Məmmədov küçəsi 3/1 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bildirib ki, ötən illərin reallıqları  ölkəmizin qarşıya qoyduğu  hədəflərə doğru inamla irəlilədiyini təsdiqləyir: “Prezident İlham Əliyevin  müəyyənləşdirdiyi  inkişaf strategiyası uğurla  həyata keçirilir. Bu baxımdan son illər islahatlar konsepsiyasının reallaşması, bu addımların  ölkə həyatına gətirdiyi yeniliklər diqqətdədir. Uğurlarımızın memarı,  dövlət başçısı  İlham Əliyevin həyata keçirdiyi siyasət, bütün istiqamətlərdə görülən kompleks tədbirlər ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi, tariximizə Zəfər Gününün yazılması ilə  nəticələndi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimiz və xalqımız üçün olduqca mühüm tarixi vəzifəni şərəflə yerinə yetirdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi tariximizin ən qüdrətli sərkərdəsi oldu.”

“Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən  Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət sistemli, ardıcıl və məqsədyönlüdür: “Ən əsası bu siyasət hər addımda dövlətə və xalqa xidmət missiyasına söykənir. Vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasında dayanır. Bu isə öz nəvbəsində xalq-iqtidar birliyini daha sarsılmaz edir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyi, həmrəyliyi bir daha dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizdən sonra Azərbaycanın  həyatında başlanan yeni mərhələnin hədəfləri  qarşıdakı dövrdə ölkəmizə, xalqımıza Prezident  İlham Əliyevin rəhbərliyi ilə daha yeni zəfərlər və uğurlar vəd edir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası hədəflərini  zamanın, dövrün tələblərinə uyğun  müəyyənləşdirsə də bütün hallarda atılan addımların, qəbul olunan qərarların, irəli sürülən təşəbbüslərin əsasında “Güclü dövlət, yüksək rifah” prinsipi dayanır: “YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək bunu əməli fəaliyyətində təsdiqləyir. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” tezisi bütün dövrlərdə aktuallığını qoruyur,  partiyanın fəaliyyətinə bələdçilik edir.” 

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Taryel Şıxbalayev Xudu Məmmədov küçəsi 3 ünvanında  yerləşən ərazi partiya təşkilatının sədri, Səltənət Əhmədova  sədr müavini, Raminə Abdullayeva Xudu Məmmədov küçəsi  3/1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  Şəhla Lətifova  isə sədr müavini seçiliblər. 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

 

DİGƏR Xəbərlər Arxiv