YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilatında hesabat - seçki yığınçağı keçirilib

YAP Yasamal rayon təşkilatının "K.Kazımzadə küçəsi, 100 A" (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatında hesabat - seçki yığınçağı keçirilib.

İlk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iclas iştirakçılarını salamlayaraq, Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş qərarların tarixi əhəmiyyətini vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiya üzvləri ilə fərdi qaydada işləməyin, onlar arasında ünsiyyəti və qarşılıqlı əlaqəni həyata keçirməyin mühümlüyünü bildirib.

Sonra "K.Kazımzadə küçəsi, 100 A" ərazi partiya təşkilatının sədri Sefiyev Amil VI qurultaydan sonra görülən işlərlə bağlı hesabat verib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev hesabat məruzəsi ətrafında çıxış edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev hesabatı qənaətbəxş hesab edib.

Daha sonra əsasnaməyə uyğun olaraq "K.Kazımzadə küçəsi, 100 A" ünvanında yerləşən ərazi partiya təşkilatının yeni sədrinin seçilməsi məsələsinə baxılıb.

Səsvermə nəticəsində "K.Kazımzadə küçəsi, 100 A" ünvanında yerləşən ƏPT-nın sədri Sefiyev Amil, sədr müavini isə Xanlar Mustafayev seçilib.