YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib

Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş kikboksinq turniri keçirilib. Turnir "Yedinaya Rossiya" Partiyasının Sankt-Peterburq regional bölməsinin və şəxsən onun katibi Vyaçeslav Makarovun, habelə Rusiya və Azərbaycan kikboksinq federasiyalarının dəstəyi ilə keçirilib.
Bu nüfuzlu beynəlxalq turnir artıq altıncı dəfədir təşkil olunur. Turnir daha əvvəl Avstriya və Qırğızıstanda, iki dəfə Bakıda keçirilib. Rusiyanın Şimal paytaxtı bu turnirə ilk dəfədir ev sahibliyi edir.
MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası Katibliyinin rəhbəri Aleksey Sergeyev jurnalistlərə müsahibəsində deyib: "Heydər Əliyev Azərbaycanın təşəkkül tapması, digər sahələrlə yanaşı idmanın inkişafı üçün də çox işlər görüb. Ona görə də Azərbaycan idmançıları başqa ölkələrə gedəndə öz liderləri haqqında danışmağa ehtiyac hissi edirlər".
Birincilikdə Rusiya və Azərbaycan yığmaları iştirak edib. Kikboksçular beş çəki dərəcəsində on görüş keçiriblər. Kikboksinq üzrə Azərbaycan yığmasının rəhbəri Sadıq Bağırovun fikrincə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş turnirin məhz Rusiyada keçirilməsi böyük əhəmiyyət daşıyır.
Sadıq Bağırov deyib: “Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir” sözləri Heydər Əliyevə məxsusdur. Böyük Vətən müharibəsi illərində cəbhələrdə Azərbaycandan çoxlu döyüşçü vuruşub. Hesab edirəm ki, Qələbənin 70 illiyini yoldaşlıq görüşü ilə bayram etmək rəmzi haldır”.