YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcək

«Azərbaycan iri qaz nəqli layihələrinin reallaşdırılması zamanı həmin layihələr vasitəsilə özünün digər yataqlarından və üçüncü ölkələrdən əlavə həcmlərin tədarük imkanlarını nəzərə alır». Bu fikri jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.

TANAP layihəsinə də toxunan nazir Natiq Əliyev deyib ki, layihə çərçivəsində bütün məsələlər həm Azərbaycan, həm də Türkiyə tərəfindən vaxtında və operativ həll olunur: "Azərbaycan belə böyük layihəni birinci dəfədir həyata keçirəcək. Mən ona görə belə deyirəm ki, burada operator qismində Azərbaycan tərəfi çıxış edir. Azərbaycan maliyyələşdirmənin böyük hissəsini öz üzərinə götürür və iştirak payının böyük hissəsinə sahibdir. Layihə çərçivəsində bütün işlər aktiv templə və Azərbaycan-Türkiyə ikitərəfli sıx əməkdaşlığı çərçivəsində həyata keçirilir: "Əminəm ki, layihə nəzərdə tutulmuş vaxtda reallaşdırılacaq".

Natiq Əliyev həmçinin deyib ki, Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcək.