YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

       Dekabrın 7-də YAP Xətai rayon təşkilatı General Şıxlinski küçəsi  48,  General Şıxlinski 56/1, General Şıxlinski 56/2 və İnqilab İsmayılov küçəsi 17  ünvanlarında  yerləşən  ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

    Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, bu gün ölkəmizin sabitlik diyarı kimi nüfuz qazanması, xalqımızın azad, firavan, əmin-amanlıq şəraitində yaşaması düzgün qurulan siyasətin nəticəsidir: “Ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış inkişaf strategiyası ölkəmizə möhtəşəm uğurlar qazandırır. Bu gün haqqında böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz də Heydər Əliyev siyasətinin təntənəsidir.  Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı məhz Ulu Öndərin görmək istədiyi Azərbaycan  səviyyəsinə yüksəltdi.  Bütün sahələrdə təcrübəsi nümunə olan Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə adını  tarixə qalib ölkə kimi qızıl hərflərlə yazdı.”

 Vüqar Rəhimzadə qeyd edib ki, cəmiyyətin bütün təbəqələrindən olan insanları sıralarında birləşdirən  Yeni Azərbaycan Partiyası bu inkişafa, tərəqqiyə davamlı töhfələr verməklə cəmiyyətdə mövqelərini  daha da möhkəmləndirir, gələcəyə böyük inamla addımlayır: “Artıq 30 illik yubileyinə qədəm qoyan YAP-ın bu illər ərzində  üzvlərinin sayının 800 minə yaxınlaşması sadəcə bir statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bu gününə və gələcəyinə inamın göstəricisidir.  O ideyalar ki, Azərbaycanı daim irəli baxmağa  səsləyir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa  çatdırarkən söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin  ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya  azərbaycanlıları!”

  YAP Xətai rayon təşkilatının sədri  tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda rayon təşkilatının qarşısında dayanan vəzifələrdən bəhs edib.

    Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

     Aynurə Bağırova General Şıxlinski küçəsi  48  ünvanında  yerləşən   ərazi partiya təşkilatının sədri, Vüsalə Rüstəmova   sədr müavini, Bacıxanım Novruzova General Şıxlinski küçəsi 56/1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,   Sənubər Paşayeva  sədr müavini, Bahar Məmmədova General Şıxlinski küçəsi 56/2 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  Şəfiqə Qurbanova sədr müavini, Yeganə Qurbanova İnqilab İsmayılov küçəsi  17 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  Rəşad Kazımov isə müavin  seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

 

DİGƏR Xəbərlər Arxiv