YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclasda “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə baxılacaqdır.

Deputatlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər.

Eyni zamanda, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə qanun layihələri də nəzərdən keçiriləcəkdir.