YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə «Gənclər üçün əmək yarmarkası» təşkil olunub

Bu gün YAP Nəsimi rayon təşkilatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşəbbüsü ilə «Nizami» Kino Mərkəzində «Gənclər üçün əmək yarmarkası» təşkil olunub.

Yarmarkanın təşkil olunmasında başlıca məqsəd gənclər arasında məşğulluq probleminin aradan qaldırılmasında Prezident İlham Əliyev tərəfindən imzalanan «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»na dəstək olmaqdır. Əmək yarmarkasında gənclərin bütün sosial təbəqələrini əhatə edən və müxtəlif ixtisas, peşələrə aid yüzlərlə vakant iş yerləri təqdim olunub.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu tədbirin əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, yarmarkada 500-dən artıq vakant iş yerləri təklif olunur. Bunlar müxtəlif sahələri əhatə edir. Belə ki, banklar, otellər və digər özəl müəssisələr gənclərə sərfəli işlər təklif edir. M.İbrahimqızı yarmarkanın keçirilməsi nəticəsində bir çox gənclərin işlə təmin olunacağına inandığını deyib. 

DİGƏR Partiya xəbərləri Arxiv