YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycanda nüfuzlu beyənlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

«Azərbaycanda nüfuzlu beyənlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan, mütəmadi olaraq tibb sahəsində də beynəlxalq səviyyəli elmi konfranslar keçirilir». Bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycan Tibb Universiteti də müxtəlif ölkələrin tibb sahəsindəki alimlərinin iştirakı ilə toplantıların təşkilinə böyük önəm verir. Çünki müasir dövrdə heç bir sahə təkbaşına inkişaf edə bilməz.

«Ona görə də dünya təcrübəsini öyrənmədən irəli gedə bilmərik”. Bu sahədə tədbirlərimiz isə həm Azərbaycan, həm də bütün dünya ictimaiyyətini narahat edən, əhalinin sağlamlığı üçün problem yaradan məsələləri əhatə edir»- deyə, Ə.Əmiraslanov qeyd edib.