YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Əfqanıstanın hərbi sahədə ikitərəfli əlaqələri uğurla davam edir

Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişafında iki ölkə rəhbərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasının və danışıqların uzanmasının bölgədəki sabitliyə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Səfir Mohammad Taqi Xalili öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.