YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mətbuatı: TANAP Avropanın enerji təhlükəsizliyi layihəsidir

Martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Qars şəhərində təməlqoyma mərasiminin keçirilməsi TANAP layihəsini qardaş ölkə mediasının əsas mövzusuna çevirib.
Anadolu xəbər agentliyi, “Hüriyyət”, “Sabah”, “Yeni şəfəq” və digər qəzetlər layihə barədə çoxsaylı materiallar dərc edib. Televiziya kanalları TANAP-ın iqtisadi səmərəsi və siyasi mahiyyəti barədə rəngarəng reportajlar yayıblar.
Ölkə mediasında “TANAP Avropanın enerji təhlükəsizliyi layihəsidir”, “TANAP Avropanın dəstəyini alıb”, “TANAP-ın təməli qoyuldu”, “Avropanın enerji təhlükəsizliyinin başlanğıcı” və s. sərlövhələrlə analitik yazılar yayılıb.
Analitiklər Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentlərinin təməlqoyma mərasimindəki çıxışlarında səslənən fikirlər barədə maraqlı şərhlər verirlər. Yazılarda bildirilir ki, üç qonşu ölkənin qarşılıqlı faydalı əməkdaşlığı Qafqazdan Avropaya qədər böyük bir coğrafiyada yeni inkişaf modeli ortaya çıxarıb. Əminliklə qeyd olunur ki, TANAP nəzərdə tutulan vaxta istismara buraxılacaq, həmçinin tarixə sülh və inkişaf adı ilə daxil olacaq.
Ölkə mediası TANAP–ın Türkiyənin qazlaşdırılmasında oynayacağı rola da böyük diqqət verməkdərir.