YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deylir: “Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın, multikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə müvəffəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə xidmət edəcəkdir.
Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, müqəddəs missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq diləyirəm.”