YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığı məşqlərini izləyib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər. Tankçılar maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər. Təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəfləri döyüş atışları ilə məhv olunub.
Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.