YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda şəhid ailələrinə və qazilərə qayğı hər zaman yüksək olub

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məsələlərə toxundu, ölkəmizdə şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə bağlı bir neçə vacib məqamı xüsusi qeyd etdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət digər dövlətlər üçün nümunəvi sayıla bilər. Azərbaycan az saylı ölkələrdəndir ki, burada şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir, onlara dövlət tərəfindən mənzil və avtomobillər verilir.

Qeyd etmək lazımdır ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib, 7400 şəxsə minik avtomobilləri verilib. Bir məsələni də qeyd edək ki, təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri olan 850 nəfər evlə təmin edilib. İkinci Qarabağ müharibəsinin iştirakçıları olan şəhid ailələri və qazilərə isə 750 mənzil verilib. Qeyd olunan rəqəmlər bu sahədə real vəziyyəti tam əks etdirir. Hazırda bu proses uğurla davam etdirilir.

Bütün bunlar Azərbaycanda sosial siyasətin uğurla həyata keçirildiyini göstərir. Dövlət bu kateqoriyadan olan insanların rifah halının daha da yaxşılaşıdırlması üçün mühüm addımlar atır. Gələcəkdə də bu diqqət və qayğı davam etdiriləcək.

DİGƏR Xəbərlər Arxiv