YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Yusif Məmmədovun xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Vətən müharibəsi şəhidi Məmmədov Yusif Vaqif oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Rayon ictimaiyyətinin və şəhid ailəsinin də iştirak etdiyi tədbirdə şəhidin ruhuna dualar oxunub, vətənpərvər gənc olmasından və Vətən müharibəsində keçdiyi döyüş yolundan geniş bəhs olunub, ailəsinə dərin hüzünlə baş sağlığı verilib.