YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı ərazi partiya təşkilat sədrlərinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı ərazi təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib. İclasda çıxış edən təşkilatın sədri səlahiyyətlərini icra edən David İbramxəlilov YAP-ın VII Qurultayından sonra qəbul edilmiş partiyanın Proqramı, Nizamnaməsi və digər hüquqi-normativ sənədlər haqqında məlumat verib.

Tədbirdə İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” və YAP Qusar rayon təşkilatının 2022-ci ilə dair iş planı müzakirə olunub.

Daha sonra ərazi təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb.