YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sinan Ülgen: Rəsmi Bakının Ankara və İrəvan arasında dialoqu dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir

Rəsmi Bakının Ankara ilə İrəvan arasında dialoq prosesini dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Sinan Ülgen Tbilisidə keçirilən beynəlxalq təhlükəsizlik konfransındakı çıxışı zamanı söyləyib.

O deyib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn formal dialoq başlanğıc mərhələdədir. Burada mühüm əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, həm Ankara, həm də İrəvanda xoş məram var. Rəsmi Bakı da dialoq prosesinin uğurlu olmasının tərəfdarıdır. Bu da ümumi işin xeyrinədir.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərinin olmamasını Qafqaz üzrə siyasətində boşluq kimi qəbul edir.

“Ankara-İrəvan münasibətlərinin tam normallaşması Türkiyəyə bölgədə ambisiyalı diplomatik və iqtisadi rolunu tam yerinə yetirməyə imkan verəcək”, – deyə Sinan Ülgen vurğulayıb.