YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın işğaldan azad etdiyi ərazilərində bir sıra qatı cinayətlərin izləri var

Azərbaycanın işğaldan azad etdiyi ərazilərində bir sıra qatı cinayətlərin izləri var. İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanıb.

Bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Tbilisidə təşkil etdiyi beynəlxalq konfransda çıxışı zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan üçün mühüm məsələlərdən biri münaqişə dövründə, xüsusən də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlıdır. İtkin düşmüş şəxslərin sayı təxminən 4 min nəfərdir.

İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində dinc insanların həlak olduğunu vurğulayan mərkəz rəhbəri deyib: “Müharibədən sonra ermənilər tərəfindən basdırılmış minaların partlaması nəticəsində ikisi jurnalist olmaqla, 200-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb”.

F.Şəfiyev deyib ki, Azərbaycan və Ermənistanın birgə işləməli olduğu humanitar məsələlər çoxdur. Azərbaycan bu məsələdə də öz prinsipial mövqeyini ortaya qoyub və birgə iş aparmağa hazırdır.