YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab olunan 20 Yanvar hadisələri, Azərbaycan xalqının iradəsini sarsıda bilmədi

“1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinə qanlı, faciəli eyni zamanda şərəf və qəhrəmanlıq səhifəsi kimi həkk oldu. Müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab olunan 20 Yanvar hadisələri, Azərbaycan xalqının iradəsini sarsıda bilmədi. Bütün dünya Azərbaycan xalqının mübarizlik əzminə, qəhramanlığına şahidlik etdi”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki,  20 Yanvar hadisələrinə qarşı ilk etiraz səsini Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ucaltdı: “Heç bir çətinliyə, təqiblərə və təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyev yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törətdilmiş bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, qorxmazlığı, cəsarəti və gərgin əməyi nəticəsində 20 Yanvar qanlı faciəsinə siyasi-hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə Milli Məclisin xüsusi sessiyasında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu”.

Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də hər zaman 20 Yanvar şəhidlərinin ailələri xüsusi diqqətdə saxlanılmış, onların sosial təminatının gücləndirilməsi istiqamətində bir sıra mühüm sərəncam və fərmanlarlar imzalanmışdır. Bununla yanaşı, cənab Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri və bu hadisələrlə əlaqədar əlilliyi olan şəxslər üçün zəruri sosial müdafiə sistemi yaradılmışdır – deyən S.Vəliyeva əlavə edib ki, xalqımız hər zaman 20 Yanvar hadisələri zamanı öz canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad edir, uca tutur: “Hər il yanvarın 20-də on minlərlə vətəndaşımız Şəhidlər xiyabanına axın edərək 20 Yanvar Şəhidlərinin ruhuna dualar oxuyur. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Çünki, Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, peşəkar sərkərdəlik qabiliyyəti nəticəsində müzəffər Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad etdi,  ərazi bütövlüyümüzü təmin edərək vətənimiz uğurunda  canlarından keçən bütün şəhidlərimizin qisasını aldı”.