YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhid Orxan Yusubovun və Novruz Haxverdiyevin məzarı ziyarət olunub

Yanvarın 19-da Gəncə şəhərində şəhid Yusubov Orxan Allahverdi oğlunun xatirəsi anılıb.

Şəhidin doğum günü ilə əlaqədar Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin uyuduğu məzarı ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edən mərasim iştirakçıları Orxanın keçdiyi döyüş yolundan danışıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar.

Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri Haxverdiyev Novruz Əli oğlunun anım günü ilə bağlı şəhidin məzarını da ziyarət ediblər.

Qeyd edək ki, Novruz Haxverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.

DİGƏR Xəbərlər Arxiv