YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında "Qan yaddaşımızı unutmayaq" adlı anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 20 Yanvar faciəsinə həsr olunan "Qan yaddaşımızı unutmayaq" adlı anım tədbiri keçirilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, 20 Yanvar xalqımızın keçəcəyi yolun məhək daşı olub: “1990-cı ilin 20 yanvarında baş verən, millətin Vətən sevgisinin real təcəssümü olan, gəncliyin bu sevgi yolunda ölümə belə gedə bildiyini göstərən o hadisələr həm də lidersiz millətin gücsüzlüyünü əyani şəkildə ortaya qoydu”.

Həmin taleyüklü məqamlarda ümummilli lider Heydər Əliyevin təqiblərdən çəkinməyərək, Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gəlməsini, o zamankı İttifaq rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətdə ittiham etməsinin cəsarətli addım olduğunu bildirən M.Nağıyev vurğulayıb ki, bununla Ulu Öndər hər zaman xalqının yanında olduğunu bir daha göstərdi və sonralar Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə gələn ümummilli liderimiz 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsinə nail oldu. Təşkilat sədri vurğulayıb ki, Azərbaycanın 1 il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin etməsi 20 Yanvar şəhidlərinin güllələnmiş arzularının həyata keçməsi deməkdir.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov 20 Yanvar hadisələri ilə bağlı geniş məruzə ilə çıxış edib. 32 il əvvəl dinc vətəndaşlara qarşı edilənləri qəsdən törədilən cinayət adlandıran professor Bakıda baş verənləri haqsız iddialar qaldıran erməni millətçilərinə mərkəzi hakimiyyətin dəstəyi kimi qiymətləndirib.

Sonda tədbir iştirakçıları rayon təşkilatının inzibati binasının foyesində təşkil olunan sərgi ilə tanış olublar.

DİGƏR Xəbərlər Arxiv