YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı aztəminatlı ailəyə yardım göstərib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı mütəmadi olaraq aztəminatlı ailələrə, tənha şəxslərə və ahıl insanlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirir.

Həyata keçirilən tədbirlər çərçivəsində rayon təşkilatının sədri Azər Süleymanov aztəminatlı ailələlərdən olan partiya üzvü Rüstəmova Rozanı qəbul edib, onun sosial qayğıları ilə maraqlanıb. Təşkilat sədri R.Rüstəmovanı narahat edən problemlərin həlli istiqamətində dəstək göstərərək, eyni zamanda ailəsinə ərzaq yardımı təqdim edib.