YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda şəhid polkovnik-leytenant Atəm Əliyevin ildönümü mərasimi keçirilib

Ağdaşda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ildönümü mərasimi keçirilib. Mərasimdə Yeni Azərbayan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov və partiya fəalları, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbirində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidin döyüş yolu barədə söhbət açıb, ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Atəm Əliyev 1982-ci il dekabrın 16-da Ağdaş rayonunun Abad kəndində anadan olub. 2020-ci il oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 25-də isə Ağdaş rayonunun Abad kəndində dəfn olunub. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Azərbaycan bayrağı”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Atəm Əliyevin Vətənə əmanət 2 övladı qalıb.