YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi

Norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim etmişdir.

Gənc müğənni Bakı tamaşaçıları qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxmışdır. Konsertdən əvvəl Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq qonaqları salamlamışdır. Norveçli diplomat Aleksandr Rıbakın Bakıda konsertinin təşkilindən məmnunluğunu bildirmiş, bu işdə əməyi olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinin kollektivinə dərin təşəkkürünü bildirmişdir.

Konsertdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa etmişlər. Aleksandr Rıbak azərbaycanlı şagirdlərlə birgə müəllifi olduğu mahnıları, o cümlədən ona “Eurovision-2009” mahnı müsabiqəsində qalibiyyət gətirən “Fairytale” mahnısını təqdim etmişdir. 

DİGƏR Xəbərlər Arxiv