YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “H.Cavid pr.119” ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

İclasda çıxış edən AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, YAP Veteranlar Şurasının üzvü, akademik Akif Əlizadə bildirib ki, zamanın sınaqlarından uğurla çıxan YAP ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə qeyd edib ki, gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. 

Sonra “H.Cavid pr.119” ünvanında yerləşən ƏPT-nin sədri Cəbrayıl Azadəliyev partiyanın VI qurultayından sonrakı dövr ərzində görülən işlər haqqında hesabat verib. Ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra səsvermə nəticəsində Nağı Nağıyev ərazi partiya təşkilatının sədri, Bahar Babayeva isə sədr müavini vəzifələrinə seçilib.