YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycanın tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar qətllərinin 32-ci ildönümünü andığını bildirib.

Konqres üzvü 32 il bundan öncə 20 yanvar tarixində təxminən 26 min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla, günahsız insanlara və dinc etirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğunu, 800 nəfərin yaralandığını, 841 nəfərin həbs edildiyini və 5 nəfərin isə itkin düşdüyünü bildirib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağlığı ifadə edib.

Bəyanatda həmçinin, bu amansız əməllər qarşısında Azərbaycan xalqının sınmadığı və 1991-ci ildə müstəqilliyinin əldə edilməsi uğrunda mübarizəsini davam etdirdiyi qeyd olunub. ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatik əlaqələrin qurulduğu da bəyanatda öz əksini tapıb.

Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduqlarını, ortaq regional və qlobal maraqları bölüşdüklərini bildirib

DİGƏR Xəbərlər Arxiv