YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Corc Dik: Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir

Tarix boyu nifrət hissi faciələrə gətirib çıxarıb və ötən əsrdə bunu yəhudilər də yaşayıblar. Dünyada olan ölkələrin hər birinin öz faciəsi var. Holokostun beynəlxalq anım günündə bütün ölkələrin qurbanlarının xatirəsini ehtiramla anırıq. Biz burada, həmçinin faşist rejiminə qarşı mübarizə apararaq həlak olmuş 300 min azərbaycanlının da xatirəsini yad edirik.

Bu fikirləri İsrailin Azərbaycandakı səfiri Corc Dik Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” mövzusunda keçirilən tədbirdən əvvəl jurnalistlərə müsahibəsində deyib.

Səfir diqqətə çatdırıb ki, yəhudilər dininə, irqinə görə təqib olunublar. “Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. Kütləvi qırğınlar, soyqırımlar dünyada bu gün də baş verir və biz bunu görməzdən gələ bilmərik. İnanıram ki, biz gələcəkdə elə bir dünyada yaşayacağıq ki, bu cür hadisələr baş verməyəcək”.

Bu il Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini bildirən C.Dik bildirib: “Ötən il İsraildə Azərbaycan Ticarət Evi açıldı. Ümid edirəm ki, biz gələcəkdə səfirliyin açılmasını da qeyd edəcəyik. Bu gün Azərbaycan müsəlman dünyasında yeganə ölkədir ki, çoxsaylı yəhudi icmasına ev sahibliyi edir. Bu, Azərbaycanın sahib olduğu və dəstəklədiyi dəyərlərin göstəricisidir”.