YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondu Bakıda iki bağçanın tikintisinə başlayıb

Heydər Əliyev Fondu Bakıda iki bağçanın tikintisinə başlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, artan tələbat və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Heydər Əliyev Fondu tərəfindən "Məktəbəqədər təhsil müəssisələrin inkişafı" proqramı çərçivəsində Pirallahı rayonunda 140 və 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanılıb.

S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5 min kvadrat metr, sahəsi 1375 kvadrat metr, hündürlüyü isə 9,5 metr olacaq.

Digər 100 yerlik uşaq bağçası Səməd Vurğun küçəsində inşa edilir. Bu binanın da 2 mərtəbədən ibarət olması nəzərdə tutulub.

Uşaq bağçalarının tikintisinə bu ilin mayında başlanılıb və onların noyabradək istifadəyə verilməsi planlaşdırılır.