YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Rıbak: Heydər Əliyev Mərkəzi nadir memarlıq nümunəsidir

Heydər Əliyev Mərkəzi nadir memarlıq nümunəsidir və burada hər şey çox gözəl zövqlə qurulmuşdur. Bu isə bütövlükdə azərbaycanlıların gözəl zövqündən xəbər verir.

Bu sözləri norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində keçirdiyi konsertdən sonra jurnalistlərə müsahibəsində demişdir.

Bakıda ilk dəfə olmadığını qeyd edən tanınmış musiqiçi burada şəhər üçün çox vacib sayılan infrastrukturun mövcudluğunu xüsusilə vurğulamışdır. Diqqətə çatdırmışdır ki, şəhərdəki binaların inşasında təkcə bu gün deyil, sabahkı gün də nəzərə alınmışdır. Məhz buna görə Bakı çox xoşuma gəlir.

Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə məşqlərinin uğurlu keçdiyini deyən Aleksandr Rıbak vurğulamışdır ki, səhnədə onlarla birgə çıxışı zamanı artıq böyük ailə formalaşdığını hiss etmiş və belə görüşlərin davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Layihəsi haqqında məlumat verən norveçli müğənni və skripkaçı konsert verəcəyi ölkələrə əvvəlcədən gedərək səhnəni bölüşəcəyi uşaqlarla məşq keçmək, onlarla daha yaxından tanış olmaq və dostluq etmək təşəbbüsünün özündən gəldiyini diqqətə çatdırmışdır.

Bakı tamaşaçılarının çox gözəl musiqi duyumu olmasından danışan Aleksandr Rıbak azərbaycanlı musiqiçilərlə duet yazdırmaq arzusunu bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan mədəniyyətini çox sevir və onunla daha yaxından tanış olmaq arzusundadır. “Facebook” sosial şəbəkəsində Azərbaycandan 70 min pərəstişkarının olduğunu diqqətə çatdıran norveçli qonaq onları sevindirmək vaxtının yetişdiyini demişdir.