YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstanla ticarət dövriyyəsi azalsada bu ölkənin ticarət tərəfdaşları sırasında Azərbaycan ikinci yerdədir

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ikinci yerdədir.
Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatında bildirilir ki, cari ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsi 147 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz az olsa da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 10,2 faizinə bərabərdir.
Cari ilin yanvar-fevral aylarında bu ölkədən Azərbaycana ixrac olunan malların həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 38 faiz və ya 28,6 milyon dollar azalaraq 46 milyon dollar təşkil edib. Bu, Gürcüstanın həmin dövrdəki ümumi ixracatının 14,2 faizinə bərabərdir.
Hesabat dövründə bu ölkədən Azərbaycana 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 16,7 milyon dollar az, yəni 20 milyon dollar dəyərində minik avtomobili ixrac olunub.
Cari ilin ilk iki ayında Azərbaycana ötən ilin müvafiq dövründəkindən 3,1 milyon dollar az, yəni 5 milyon dollar məbləğində armatur ixrac olunub.
Azərbaycandan bu ölkəyə gətirilən malların da həcmində azalma qeydə alınıb. Cari ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ötən ilin eyni dövründəkindən 15 faiz az, 101 milyon dollarlıq mal idxal edib.
Bu isə həmin dövrdəki ümumi idxalın 9,1 faizinə bərabərdir.
Hesabat dövründə enerji daşıyıcılarının idxalında da azalma müşahidə olunub. Məlumatda bildirilir cari ilin ilk iki ayında Azərbaycandan bu ölkəyə 320 min ton və ya 67,4 milyon dollarlıq qaz idxal olunub, bu da 2014-cü illə müqayisədə 14 milyon dollar azdır.
Eyni zamanda hesabat dövründə Gürcüstan Azərbaycandan 17 milyon dollar həcmində və ya, 35,3 min ton neft və neft məhsulları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon dollar azdır.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan bu ölkəyə 405,3 min dollar həcmində dəmir filizi və konsentrat ixrac olub.
Ötən il Azərbaycandan Gürcüstana belə bir məhsul ixrac olunmayıb.