YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirmi ikinci ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir

Mayın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirmi ikinci ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.

Tədbiri Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov açaraq ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan bu bölgənin 22 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat vermişdir.

Sonra “Əsirlikdə qala qalmaz” sənədli filmi nümayiş olunmuşdur.

Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış etmişdir.

Mərasimdə çıxış edən rayon ziyalıları ermənilərin xalqımıza qarşı törətdikləri insanlığa sığmayan vəhşiliklərdən danışmış, buna kəskin nifrətlərini bildirmişlər. Onlar, həmçinin ata-baba yurdlarını - Laçını bir an belə unutmadıqlarını, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində sabaha nikbin nəzərlərlə baxdıqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.

Mərasim “Laçın harayı” adlı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.