YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqə keçirir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqə elan edir.
Fonddan bildiriblər ki, müsabiqəyə aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, fərdi uçot sistemi və onun rolu, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlər barədə mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim edilməlidir.
Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqdən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır.
Materiallar carı il mayın 15-dən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir. Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri iki nominasiya üzrə mükafatlandırılacaqlar.