YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Beynəlxalq birlik azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır

«Ermənilər tarix boyu xalqımıza qarşı qətliamlar törədiblər. 1918-ci ilin mart hadisələri də azərbaycanlılara qarşı soyqırım siyasətinin tərkib hissəsidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliamı da bəşəriyyətə qarşı cinayətdir. Onun sözlərinə görə, müasir dünyanın gözü qarşısında bu soyqırımın törədilməsi ermənilərin mahiyyətini ortaya qoyur.

«Azərbaycan dövləti, cəmiyyəti soyqırımı həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində sistemli iş aparır. Beynəlxalq birlik bu məsələlərdə obyektiv olmalı, azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır. Ermənilər uydurma «soyqırımı» təbliğ etməklə məşğuldur. Amma real faktlar göz önündədir. Ona görə də, artıq dünyada erməni yalanları ifşa olunur»- deyə, F.Muradov qeyd edib.