YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Milli Məclisinin sədri Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşüb

Martın 31-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
Görüşdə Oqtay Əsədov Azərbaycanla Ukrayna arasındakı, siyasi, iqtisadi və digər sahələrdə mövcud olan əməkdaşlıqdan söhbət açıb. Sədr ölkələrimizin münasibətlərinin inkişafında qanunverici orqanların, parlamentlərarası dostluq qruplarının oynadığı rolu xüsusi qeyd edib.
Ali Radadakı işçi qrupun rəhbəri Roman Nəsirov təmsil etdiyi qrup haqqında məlumat verərək bildirib ki, 27 parlamentarinin daxil olduğu bu qrup yeni formalaşıb. Qrupun fəaliyyəti iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilib.