YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: "31 mart azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin dəyərləndirilməsi baxımından mühüm sənəddir

«1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "31 mart azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir». Bu fikirləri tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapır. Komissiyanın 1918-ci il iyul ayının 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradıldığını bildirən A.İsgəndərov komissiyanın yaradılmasında əsas məqsədin ermənilər tərəfindən 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması və bu sənədlərin dünyanın müxtəlif dillərində nəşr olunması və beynəlxalq aləmə çatdırılmasından ibarət olduğunu deyib.

A.İsgəndərov qeyd edib ki, Bakıdakı qırğın zamanı öldürülən azərbaycanlıların sayı 12 min nəfərə qədər olub. Onun sözlərinə görə, həmin dövrdə ermənilər tərəfindən Şamaxı şəhərində 8 min, Qubada isə 16 min insanın həyatına son qoyulub. Belə ki, tarixçi alim Qubada azərbaycanlılarla yanaşı, 3 000-dən çox yəhudinin də soyqırıma məruz qaldığını bildirib.

DİGƏR Xəbərlər Arxiv