YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin ofisində “31 Mart Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin ofisində “31 Mart Azərbaycanlıların soyqırımı” günü  ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Seymur Orucov tarix boyu ermənilər tərəfindən xalqımıza qarşı qətliamların törədildiyini bildirib. O qeyd edib ki, belə hadisələrin bir daha yaşanmaması üçün gənc nəsil tariximizi dərindən öyrənməlidir.

Tədbirdə tarix elmləri doktoru, professor Anar İsgəndərov azərbaycanlılara qarşı törədilən soyqırımla əlaqədar geniş məzurə ilə çıxış edib. A.İsgəndərov bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapır”. Onun sözlərinə görə, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “31 mart azərbaycanlıların soyqırımı haqqında”  Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir. 

DİGƏR Partiya xəbərləri Arxiv