YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Cənubi Afrika Respublikasının biznes-strukturları arasında konkret layihələr üzrə əməkdaşlıq yaradıla bilər

Azərbaycan ilə Cənubi Afrika Respublikasının biznes-strukturları arasında konkret layihələr üzrə əməkdaşlığın yaradılması üçün real imkanlar mövcuddur.

Azərbaycanın Energetika Nazirliyindən verilən məlumata görə, bu fikirlər martın 31-də energetika nazirinin müavini Gülməmməd Cavadovla Cənubi Afrika Respublikasının ölkəmizdəki səfiri Vika Mazvi Khumalonun görüşündə səsləndirilib.

Görüş zamanı G.Cavadov Azərbaycanın Cənubi Afrika Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki dövlət arasında əməkdaşlığın daha da yüksəlməsi üçün əlverişli imkanların olduğunu bildirib. Azərbaycanla Cənubi Afrika Respublikası arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir müavini ölkəmizin iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətlər barədə qonağa ətraflı məlumat verib.