YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kaxa Kaladze: Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı bütün öhdəlikləri yerinə yetiriblər

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı bütün öhdəlikləri yerinə yetiriblər və tikintini vaxtında başa çatdırıblar.

Bu sözləri Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə müsahibəsində deyib.

K.Kaladze bildirib ki, dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsində də işlər sürətlə davam edir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsindəki tunelin də tikintisi başa çatıb.

Baş nazirinin müavininin sözlərinə görə, tikinti işləri iki aydan sonra başa çatdırılacaq.

“Bu çox vacib və bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edən layihədir. İnanıram ki, dəmir yolu ilin sonuna tam istifadəyə veriləcək”, deyə K.Kaladze vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv