YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin baş katibinin gələn il Azərbaycana səfəri gözlənilir

Suriya üzrə 3-cü Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov martın 31-də Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun ilə görüşüb.

Baş katibə Azərbaycan Prezidentinin salamını çatdıran Əli Həsənov konfransa dəvətə görə təşəkkürünü bildirib.

Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə baxmayaraq, son 10 ildə ölkənin böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib ki, bu illər ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endirilib, 1 milyon 300 min yeni iş yeri açılıb. Azərbaycan BMT-nin meyarlarına əsasən sürətlə inkişaf edir. Bizim məqsədimiz isə inkişaf etmiş ölkəyə çevrilməkdir.

Sonda Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini söyləyib. O, eyni zamanda, qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək. Pan Gi Mun bir neçə dəfə Prezident İlham Əliyev ilə görüşdüyünü bildirərək onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini açıqlayıb.

Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.

DİGƏR Xəbərlər Arxiv