YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Azərbaycanlıları Konqresi soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət edib

Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinin sədr müavini Kristian Dan Predaya bəyannamə ilə müraciət edib. Bəyannamədə 97 il bundan əvvəl - 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib və 1998-ci ildən etibarən 31 mart təqvim tarixinin Azərbaycanda soyqırımı günü kimi qeyd olunduğu bildirilib.

Bəyannamədə beynəlxalq terrorizmə qarşı mübarizəni qarşıya məqsəd qoyan dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməsi tələb olunub və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırılıb.

Mətbuata açıqlamanın sonunda dünya ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülh və əmin-amanlığın bərqərar olunması üçün bütün imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəyinə ümid edildiyi vurğulanıb.