YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Azərbaycan manatın idarə olunan üzən məzənnə siyasətinə keçir

Azərbaycan Mərkəzi Bankı manatın idarə olunan üzən məzənnə rejiminə keçməyi planlaşdırır. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsin iclasında deyib.

Elman Rüstəmovun sözlərinə görə, Azərbaycan hələ ki üzən məzənnə siyasətinə keçidə tam hazır deyil, bunun üçün ölkədə kifayət qədər vəsait qazanan təşkilatlar olmalıdır: "Hazırda Azərbaycanda cəmi üç belə təşkilat var. Bu Azərbaycan Respublikası Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyata mənfi təsir edə bilər".

E.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan manatın idarə olunan üzən məzənnə siyasətinə keçir.

DİGƏR Xəbərlər Arxiv