YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib.İclasda Elman Rüstəmov və Xaqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinə dair rəy haqqında məsələyə baxılıb.

İclas Elman Sirac oğlu Rüstəmovun, o cümlədən, Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə olunub.

Çıxış edən millət vəkilləri onun fəaliyyətini yüksək qiymətləndiriblər. Bununla yanaşı millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli manatın devalvasiyasından sonra yaranmış iqtisadi situasiyadan çıxış yolları, ipoteka kreditləşməsi, devalvasiyadan sonra bankların düşdükləri vəziyyətdən çıxış yolları barədə Elman Rüstəmova suallar ünvanlayıb.

E. Rüstəmov fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, beşinci müddətə İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin sədrliyinə namizədliyinin təqdim edilməsi böyük etimad, etibardır və bu onun üzərinə böyük məsuliyyət qoyur.

Sonra E. Rüstəmov millət vəkillərinin suallarını da cavablandırıb.

İclasın sonunda E. Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyinin təsdiqlənməsi plenar iclasa tövsiyə edilib.