YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Mövcud vəziyyət bu gün siyasi partiyaların inkişafı üçün tam kifayətdir

«Ötən dövr ərzində istər Seçki Məcəlləsi, istərsə də siyasi partiyalarla, onların maliyyələşdirilməsi ilə bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklər edilib. Bu baxımdan, yaxın dövr üçün bu istiqamətdə hansısa bir dəyişikliklərəlüzum yoxdur». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, mövcud vəziyyət bu gün siyasi partiyaların inkişafı üçün tam kifayətdir. Onun sözlərinə görə, ölkəmizdə xeyli sayda siyasi partiyalar fəaliyyət göstərir. Bu da demokratik mühitin göstəricisidir.

«Proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflərə gəlincə, hesab edirəm ki,  

parlamentin formalaşdırılması ilə bağlı məsələlər tam mükəmməl bir vəziyyətdədir. Proporsional sistemin ləğvi və tam majoritar sistemə keçidlə bağlı etdiyimiz, həyata keçirdiyimiz islahatları o zaman cəmiyyətə geniş izah etmişik, mövqeyimizi bildirmişik. Cəmiyyət də, xalq da bunu dəstəkləyib. Hesab edirəm ki, insanlar da millət vəkilinin ilk növbədə onun təmsilçisi kimi olmasının tərəfində olub. Yəni, biz bunu əsaslandırmışıq, bu da qəbul olunub. Ona görə tam qətiyyətlə bildirmək istəyirəm ki, bu gün seçki sisteminin dəyişdirilməsinə hər hansı bir hüquqi, siyasi əsas və ehtiyac yoxdur»- deyə, komitə sədri vurğulayıb.