YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Həmsədrlər münaqişə ilə bağlı vəziyyəti müzakirə etməklə kifayətlənməli deyillər

«Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi normal haldır. Bu, onların vasitəçi olaraq bir vəzifəsidir. Amma həmsədrlər münaqişə ilə bağlı vəziyyəti müzakirə etməklə kifayətlənməli deyillər». Bu fikirləri yap.org.az saytına YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar. Onun sözlərinə görə, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

«Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll olunmamsının əsas  səbəbi Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışları etməklə münaqişə həll olunmayacaq. Əgər işğalçı erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılarsa, onda atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq»- deyə, S.Fətəliyeva qeyd edib.