YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Andranik Qriqoryan: Ermənistan rəhbərləri xalqı öz maraqları naminə ölümə göndərir

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan tərəfə könüllü keçən hərbi qulluqçusu Andranik Qriqoryanın video görüntüsünü yayıb.

Videogörüntüdə Ermənsitanın hərbi qulluqçusu deyib: “Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam. 2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm”.

Dağlıq Qarabağda özünü yaxşı hiss etmədiyini deyən A.Qriqoryan bildirib ki, onlarla pis rəftar edildiyinə görə Azərbaycan tərəfinə keçib. O, bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağıraraq deyib: “Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum. Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar. Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər. Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm. Azərbaycanda bizə yaxşı baxırlar, paltarımı, geyimimi, yeməyimi verirlər. Burada özümü çox yaxşı hiss edirəm. Mənim Azərbaycan Respublikasına keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirmək istəyirəm”.