YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

 Konfransda YAP Nəsim rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov hesabat məruzəsi ilə çıxış edib. S.Hüseynov  bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O,  bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. S.Hüseynov ötən konfrasdan keçən müddət ərzində təşkilatın gördüyü işlər haqqında geniş məlumat verib. O, qeyd edib ki, hazırda YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 13 min 119 nəfər üzvü var.

Konfransda çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinə uğurlar arzulayıb. M.Qurbanlı bildirib ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. «Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq YAP Gənclər Birliyinin, o cümlədən, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyətlər qoyur. Çünki Azərbaycanın hədəfləri böyükdür və hədəflərə çatmaq naminə gənclərimizin bütün imkanlarını səfərbər etməlidirlər. Partiyamızın sıralarında yüksək intellektli gənclər birləşiblər ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qadirdirlər. Sevindirici haldır ki, ölkə gəncliyi birmənalı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək Nəsimi rayon gənclərinin fəaliyyətini yüksək dəyərləndiriblər.

Sonra təşkilatı məsələlərə baxılıb, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 61 nəfərlik Şurası, 27 nəfərlik İdarə Heyəti seçilib. Eyni zamanda, YAP Gənclər Birliyinin hesabat-seçki konfrasına 17 nümayəndənin seçilməsi qərara alınıb. Elnur Rəhimov YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.  

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.