YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq regionun inkişafı üçün yeni imkanlar açır

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçılarının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafından bəhs edilib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə tədbir iştirakçıları adından minnətdarlığını bildirib. Nazir diqqətə çatdırıb ki, görüşdə olduqca mühüm məsələlər müzakirə edilib. Azərbaycanın müdafiə naziri bu cür görüşlərin, eləcə də üçtərəfli əməkdaşlığın təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region üçün əhəmiyyətini xüsusi vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv