YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan, Tap Qaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Şuraabad, Qaraqaşlı, Cəvahirli, Baş Qərvənd, Kəngərli, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.