YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Astarada 1993-cü ildə Xocəvənd rayonu Şişqaya uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Əhmədov Mikayıl Sabir oğlunun ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Aparat əməkdaşları, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, RİH başçısının Şüvi kənd inzibati ərazi dairəsinin fəalları şəhidin ailəsinə baş çəkərək bayram sovqatları təqdim ediblər.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, şəhid ailələri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunurlar.

Şəhidin anası Zeynəb xanım göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.