YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı deputat: Azərbaycanla Böyük Britaniya arasındakı dostluq münasibətləri 30 ildir yüksək səviyyədə davam edir

Azərbaycanla Böyük Britaniya arasındakı dostluq münasibətləri 30 ildir ki, yüksək səviyyədə davam edir.

Bu fikirləri açıqlamasında Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatı Deyvid Duquid söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Həmçinin Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatına böyük sərmayə qoyan ölkələrdən biri olduğunu söyləyən parlamentari bildirib ki, 600 Böyük Britaniya şirkəti Azərbaycanda fəaliyyətini davam etdirir və bu say artmağa davam edir.

“Birləşmiş Krallıq Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verir və təsadüfi deyil ki, Böyük Britaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərirlər”, - deyə Deyvid Duquid vurğulayıb.

O, Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.